• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avropanın qorxulu XƏBƏRDARLIĞI: “Bu qışdan sonra..." 

CƏMİYYƏT

02 Sentyabr 2022 | 12:54

Avropanın qorxulu XƏBƏRDARLIĞI: “Bu qışdan sonra..."

Rusiya-Ukrayna müharibəsindən sonrakı enerji böhranı Avropanı küncə sıxışdırıb.

Təbii qazın artması ilə elektrik enerjisinin qiymətləri rekord həddə çatıb. Bir tərəfdən, tədarük çatışmazlığını aradan qaldırmaq üçün qənaət tədbirləri həyata keçirən hökumətlər, digər tərəfdən, vətəndaşlarının artan enerji ödənişlərini dəstəkləmək üçün planlar hazırlayırlar.

Bakıvaxtı.az xəbər verir ki, Belçikanın Liege Universitetindən professor Damien Ernst Avropa ölkələri üçün qorxulu xəbərdarlıq edib. Fransanın “Atlantico” xəbər saytına danışan Ernst artan enerji qiymətlərinin Aİ-də kütləvi yoxsullaşmaya səbəb ola biləcəyini və bu qışdan sonra vəziyyətin yaxşılaşacağına dair heç bir işarənin olmadığını bildirib.

"Belçikada ev təsərrüfatlarına elektrik və istilik üçün ildə orta hesabla 10.000 avro ödəyəcəklərini deyən Ernst “Enerji böhranı 2008-ci il maliyyə böhranı və 1970-ci illərin neft şoklarından çox daha pis olacaq. Bu, xüsusilə alıcılıq qabiliyyəti üçün iqtisadi nəticələrə və maliyyə məhdudiyyətlərinə səbəb olacaq. Enerji qiymətlərində belə bir sıçrayışla inflyasiyaya nəzarət etmək mümkün olmayacaq” deyib.

Qeyd edək ki, Avropa İttifaqına üzv olan 13 ölkənin Rusiyadan qaz təchizatı artıq tam və ya qismən kəsilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026