• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Sinir pozğunluğu xərçəngə yol açır

CƏMİYYƏT

03 Avqust 2022 | 11:10 | Müəllif: Qalib İbrahimoğlu

Sinir pozğunluğu xərçəngə yol açır

Xərçəng xəstəliyi orqan, bölgə və mikroskopik quruluşuna görə təsnif edilir. Xəstəliyin 100-ə yaxın növü olmasına baxmayaraq, xərçəngin bəzi növləri tez-tez müşahidə olunur.

Ümumi xərçəng xəstəliyi növlərini aşağıdakı kimi sıralamaq olar: Ağciyər xərçəngi, döş xərçəngi, beyin şişləri, bağırsaq xərçəngi, dəri xərçəngi, ağız xərçəngi, prostat xərçəngi, yumurtalıq xərçəngi, qaraciyər xərçəngi, mədə xərçəngi, böyrək xərçəngi, boğaz xərçəngi, sidik kisəsi xərçəngi və mədəaltı vəzi xərçəngi. Məlumdur ki, dünyada hər il, təxminən, 14 milyon insan xərçəng xəstəliyinə tutulur və 8.2 milyona yaxın insan bu xəstəliklərdən dünyasını dəyişir. Kişilərdə ən çox rast gəlinən xərçəng növləri ağciyər, prostat, mədə, bağırsaq və sidik kisəsi olduğu halda, qadınlarda isə döş, bağırsaq, uşaqlıq və ağciyər xərçəngi müşahidə olunur. Xüsusən son bir ildə xərçəng xəstəliyinə tutulan insanları daha çox görürük. Bəs xərçəng nədən yaranır?

Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, xərçəng xəstəliklərinin konkret əmələ gəlmə səbəbləri tibb elminə məlum deyil: “Sadəcə, uzun illər aparılan təcrübələr nəticəsində müəyyən ehtimallar var. Misal üçün, siqaret çəkilməsi, ekoloji ziyan vuran maddələr, fabrik və zavodlarda olan müəyyən tullantılar səbəbilə ekoloji tarazlığın pozulması, həmin proseslər nəticəsində orqanizmə tənəffüs və ya qida yolu ilə nəyinsə daxil olması səbəblər sırasındadır. Amma bu səbəblərin sayı həddindən artıq çoxdur. Konkret olaraq birinin üzərində dayanıb, doğrudan da, səbəb budur demək olmur”.

Onun sözlərinə görə, bütün dünya bilir ki, siqaret çəkən adamlarda ağciyər xərçəngi yaranır, amma bir də görürsən, siqaret çəkməyən adamın ağ ciyərində xərçəng olur. Adam da var ki, 70 yaşında siqaret çəkir, xərçəng deyil.

R.Bağırova görə, çox təkrarlanan halları yoxlamaq şərti ilə müəyyən olunanda ki, həqiqətən, hansısa səbəb bunu yaradır, onda deyirik ki, bu belədir: “Amma 100% elə olub olmamasını heç kəs bimir. Xərçəngin yaranma səbəbini bilmək üçün insanın həyat tərzini, bədənində gedən biokimyəvi proseslərin normal olması əsas şərtlərdən biridir”.

Həkim qeyd edib ki, əgər yediyimiz qidalar normal, ekoloji tarazlıq yaxşı deyilsə, yediyimiz qidalarda kimyəvi maddələr həddən çox üstünlük təşkil edirsə, əsəb sistemində çox güclü gərginliklər olursa, bunların hamısı bir yerə toplanıb xərçəngin yaranmasında əsas rollardan birini oynayır: “Azərbaycanda əsəb sistemi ilə bağlı sinir pozğunluğu da çox olduğundan belə xəstəliklər artır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR