• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kral xəstəxanaya yerləşdirildi

DÜNYA

08 May 2023 | 13:08

Kral xəstəxanaya yerləşdirildi

Norveç kralı V Harald infeksiya müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kral ailəsinin bəyanatında qeyd edilir.

86 yaşlı monarxın vəziyyəti stabil qiymətləndirilir. Kral daha bir neçə gün xəstəxanada olacaq.

Bundan əvvəl 2022-ci ilin dekabrında V Harald infeksiya ilə xəstəxanaya yerləşdirilib.

Monarx venadaxili antibiotik kursu qəbul edib. Onun müalicəsini şəxsi həkimi Byorn Bendz həyata keçirib.

V Harald 1991-ci ildən “taxtdadır”. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkədə hakim olan Qlüksburq sülaləsindən üçüncü kraldır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026