İngiltərə kraliçası II Elizabet Şotlandiyanın Balmoral qəsrində vəfat edib.
Yaxın günlərdə keçiriləcək mərasimlərlə bağlı məlumatları topladıq.
Bakıvaxtı.az xəbər verir ki, Kraliçanın tabutu Londona gətirildikdən sonra dəfnindən dörd gün əvvəl Vestminster zalında, Parlamentin binasında saxlanılacaq. Bu, Vestminster sarayının ən qədim hissəsidir. Tabutu buraya gətirilən sonuncu şəxs 2002-ci ildə vəfat edən kraliça II Elizabetin anası olub. Onun tabutunu görmək üçün 200 mindən çox insan növbəyə düzülüb. Kraliçanın tabutu katafalk kimi tanınan yüksək platformada, 11-ci əsrə aid bu binanın taxta damının altında saxlanılacaq. Katafalkonun dörd küncünün hər birində bir əsgər keşik çəkəcək. Tabut Bukingem sarayından yavaş-yavaş keçən hərbi paradda buraya gətiriləcək. Paradda kral ailəsinin üzvləri də iştirak edəcək. İctimaiyyət bu mərasimi ətrafdakı küçələrdən və parklarda quraşdırılması gözlənilən böyük ekranlardan izləyə biləcək.
"Westminster Hall"a gəldikdən sonra tabutun üstünə "Royal Crest", "Imperial Crown", "Scepter" və "Orb" qoyulacaq. Tabut öz yerinə qoyulduqdan sonra qısa mərasim keçiriləcək və daha sonra məkan ziyarətçilərin üzünə açılacaq.
Kraliçanın dövlət dəfn mərasiminin iki həftə ərzində Vestminster sarayının içərisində yerləşən Müqəddəs Pyotr kilsəsində keçiriləcəyi gözlənilir. Dəfn günü Bukingem Sarayı tərəfindən elan ediləcək. Kraliçaya 1953-cü ildə bu tarixi kilsədə keçirilən mərasimlə tac qoyulmuşdu və o, 1947-ci ildə yenidən burada keçirilən mərasimlə əri Şahzadə Filiplə evləndi. 18-ci əsrdən bəri burada monarxın dəfn mərasimi keçirilməyib. Lakin 2002-ci ildə Kraliça Ananın dəfn mərasimi bu kilsədə keçirilib.
Bu mərasimdə kral ailəsini müşayiət etmək üçün dünyanın hər yerindən liderlər dəvət olunacaq. Böyük Britaniyanın tanınmış siyasətçiləri və keçmiş baş nazirləri də iştirak edəcək. Mərasim günü kraliçanın tabutunun "Westminster Hall"dan kilsəyə daşınması ilə başlayacaq. Tabut Kral Donanmasının silah vaqonunda daşınacaq. Bu silah arabası sonuncu dəfə 1979-cu ildə Şahzadə Filipin əmisi Lord Mountbattenin dəfn mərasimində Kral Hərbi Dəniz Qüvvələrinin 142 dənizçisi tərəfindən çəkilib. Mərasimə çox güman ki, kilsənin abbatı Devid Hoyl rəhbərlik edəcək və Anqlikan Kilsəsinə rəhbərlik edən Kanterberi arxiyepiskopu Castin Uelbi də təbliğ edəcək. Baş nazir Liz Trussın da çıxış edəcəyi gözlənilir. Dəfn mərasimindən sonra Kraliçanın tabutu cənazə maşını ilə Vindzor şəhərinə aparılacaq. Tabutun son səfəri Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasına olacaq və kral ailəsinin iştirakı ilə dəfn olunacaq.
Bu kilsə kral ailəsi tərəfindən toy və dəfn mərasimləri üçün üstünlük verilən yerdir. Şahzadə Harri və Meqanın evləndiyi və keçən il Şahzadə Filipin dəfn mərasiminin keçirildiyi yer də buradır.
Aytac Aslan


















