• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kremldən nüvə sınaqları keçirməsi iddialarına CAVAB

CƏMİYYƏT

04 Oktyabr 2022 | 15:22

Kremldən nüvə sınaqları keçirməsi iddialarına CAVAB

Qərb mediası və siyasətçiləri hazırkı dövrdə nüvə silahı haqda çıxışlarla öz aralarında yarışır, lakin Rusiya bu baş verənlərdə iştirak etmək istəmir.

Bakıvaxtı.az  “mk.ru”-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna yaxınlığında nüvə sınağı keçirəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, bir sıra Qərb KİV-i, siyasətçiləri və ölkə başçılarının nüvə ritorikası ilə çıxış etdiyini, lakin Moskvanın baş verənlərdə iştirak etmək istəmədiyini əlavə edib.

Xatırladaq ki, “The Times” qəzeti NATO-nun öz alyans tərəfdaşlarına xəbərdarlığını əks etdirən material dərc etmişdi. Materialda alyansın Rusiyanın Ukrayna ilə sərhəddə, Qara dənizdə nüvə sınaqları həyata keçirməyi qərara aldığı iddia olunurdu. Bununla, Kremlin kütləvi qırğın silahı tətbiq etməyə hazır olduğunu nümayiş etdirmək istədiyi qeyd edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026