• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

KTM-də elektrik enerjisinin təchizatındakı problem aradan qaldırılıb

CƏMİYYƏT

24 Dekabr 2021 | 12:29

KTM-də elektrik enerjisinin təchizatındakı problem aradan qaldırılıb

"Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektirik enerjisi ilə təmin edən yüksək gərgilikli hava xəttində açılma baş verib və elektirik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub".

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib.

O bildirib ki, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektirik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır: "Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektirik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektirik enerjisinin verilişində problem yaşanmayıb. Bir daha bildiririk ki, elektirk enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026