• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kürdə batan gənc qızın meyiti tapıldı

HADİSƏ

10 Aprel 2021 | 15:27

Kürdə batan gənc qızın meyiti tapıldı

Bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026