• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kürdəmirdə qətl törədildi

HADİSƏ

08 Aprel 2021 | 09:27

Kürdəmirdə qətl törədildi

Kürdəmirdə qətl hadisəsi baş verib.

Bakıvatxı.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu mübahisə zəminində hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Arif Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Səmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Fakt araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026