• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

La Liqa: "Real" "Barselona"nı məğlub etdi

İDMAN

28 Oktyabr 2023 | 20:37

La Liqa: "Real" "Barselona"nı məğlub etdi

İspaniya La Liqasında "El Klasiko" keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Barselona" XI turda Madrid "Real"ını qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Kataloniya təmsilçisinin heyətində İlkay Gündoğan 6-cı dəqiqədə hesabı açıb. Paytaxt klubundan Cud Bellingem 68-ci dəqiqədə tarazlığı bərpa edib. İngiltərəli oyunçu 90+2-ci dəqiqədə qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Real" birinci pilləyə yüksəlib. "Barselona" 24 xalla üçünü sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026