• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ağabalanın zədəsi sağalmır - AÇIQLAMA

İDMAN

27 Noyabr 2023 | 12:05

Ağabalanın zədəsi sağalmır - AÇIQLAMA

“Səbail” Futbol Klubunun zədəli futbolçusu Ağabala Ramazanovdan xəbər var.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, futbolçunun müalicəsi davam edir. “Səbail” Futbol Klubunun  mətbuat katibi Rəşad Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Ağabala Ramazanov həkim nəzarəti altındadır: “Ağabala hələ ki, həkim nəzarətindədir. Yəqin ki, bir müddət həkim nəzarətində qalacaq. Müalicəsi tam bitdikdən sonra həkimlər tərəfindən məlumat veriləcək”.

Rəşad Məmmədov futblçunun komandayla məşqlərə qış fasiləsindən sonra qatıla biləcəyini deyib.

Qeyd edək ki, Ağabala Ramazanov noyabrın 3-də Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən "Səbail" - "Turan Tovuz" matçının 45-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşmada yerdə qalıb.

Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub.

Futbolçunun durumu kritik olduğu üçün o, ambulansla xəstəxanaya aparılıb.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

08 May 2025