• Bakı 20° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

PFL: Son 5 mövsümün rekordu qeydə alındı 

İDMAN

27 Noyabr 2023 | 09:49

PFL: Son 5 mövsümün rekordu qeydə alındı 

Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib.

“Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar.

Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.


SON XƏBƏRLƏR

10 May 2025