• Bakı 19° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

"Laçın şəhəri və Zabux kəndinin əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaq"

CƏMİYYƏT

14 Avqust 2022 | 18:27

Laçın şəhəri və Zabux kəndinin əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaq

"1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdaraq məhv edilmişdi".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, indi ermənilər Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırırlar. Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə Azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir. 30 ilə yaxın Azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etmələri olduqları ərazilərdə evləri yandırıb gedirlər.

"Qeyd edək ki, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Amma Laçın rayonu, o cümlədən Laçın şəhəri və Zabux kəndi yenidən qurulacaq və çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar", - deyə Vüqar Bayramov vurğulayıb.

Nuranə Daxilqızı.


SON XƏBƏRLƏR

18 Aprel 2024