• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Laçında ağır qəza - Ölənlər var

HADİSƏ

25 Iyul 2022 | 09:35

Laçında ağır qəza - Ölənlər var

Laçın rayonu ərazisində kənd təsərrüfatı texnikasının qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Laçının Güləbird kəndi ərazisində “Kroun KO-R” MMC-yə məxsus olan “Class 630” markalı traktor dərəyə aşıb. Nəticədə traktorla hərəkət edən kombayn sürücüləri: 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Traktoru idarə edən 1969-cu il təvəllüdlü Müşfiq Əliyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən K.Aabbasov Gəncə, Y.Abışov isə Samux sakini olub. Traktoru idarə edən M.Əliyev isə Goranboy rayonunun Goran qəsəbəsinin sakinidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026