• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Laçında məscid üçün yer ayrıldı

CƏMİYYƏT

07 Sentyabr 2023 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Laçında məscid üçün yer ayrıldı

Laçında inşa olunacaq məscid üçün yer ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

Onun sözlərinə görə, layihələndirmə işləri başa çatmaq üzrədir, bununla yerli şirkət məşğuldur: "Ümid edirəm ki, yaxın zamanda layihələndirmə bitəcək və tikinti işlərinə başlanılacaq. Laçında dağıdılmış abidə ilə bağlı olaraq onu deyim ki, Mədəniyyət Nazirliyi tərəfindən layihə təqdim olunub, ümid edirəm, bu proses də müsbət rəy alacaq və yaxın zamanlarda realizasiyası həyata keçiriləcək”.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026