• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lavrovun Cenevrəyə səfəri təxirə salındı

DÜNYA

28 Fevral 2022 | 17:35

Lavrovun Cenevrəyə səfəri təxirə salındı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin İnsan Hüquqları üzrə Şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyasına gedə bilməyib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cenevrədəki mənbə bildirib.

“Lavrov Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının sessiyasına və Tərksilah üzrə konfransa qatıla bilməyəcək. Buna səbəb Avropa İttifaqına üzv dövlətlərin Lavrovun təyyarəsinə hava məkanından uçmağı qadağan etməsidir”, - mənbə söyləyib.

Qeyd edək ki, Rusiya XİN başçısının martın 1-də Cenevrəyə səfəri planlaşdırılmışdı. S.Lavrov sabah BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında çıxış etməli idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026