“Lələ-Təpə yüksəkliyinin Azərbaycan tarixində özünəməxsus yeri var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasındas deputat Ceyhun Məmmədov deyib.
Deputat buna görə də Cocuq-Mərcanlıda Lələ-Təpə yüksəkliyində muzeyin yaradılması işinə başlanılmasını təklid edib. Onun sözlərinə görə, həmin tarixin əbədiləşdirilməsi baxımından bu məsələ çox önəmlidir.
C.Məmmədov çoxsaylı müraciətlərin nəzərə alınaraq dünyasının dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə mərhələli şəkildə dəfninə şərait yaradılmasını da təklif edib.
Aytac Aslan
















