• Bakı 13° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Lənkəranda 2 mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

24 Dekabr 2022 | 16:50

Lənkəranda 2 mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB

Lənkəran şəhərinin Xarxatan kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

16:30

Lənkəranda 2 mərtəbəli ev yanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın hadisəsi rayonun Xarxatan kəndində Malik Məhərrəm oğlu Dadaşova məxsus evdə baş verib. Dərhal hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatəsi geniş olduğu üçün əlavə texnika və canlı qüvvə köməyə gəlib.

Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısın alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ümumi sahəsi 180 kv olan iki mərtəbəli ev əşyaları ilə birlikdə tam yanıb. Ev sahibi Bakı şəhərində yaşadığı üçün, evdə heç kim olmayıb. Yanğının nədən baş verdiyi araşdırılır.

Hazırda yanğın davam edir. /APA


Lənkəranda 2 mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR