• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Leopard"lar yanır, F-16-lar da yanacaq, şübhəniz olmasın" - Putin

DÜNYA

16 Iyun 2023 | 19:34 | Müəllif: Subhan Mahmudov

"Leopard"lar yanır, F-16-lar da yanacaq, şübhəniz olmasın" - Putin

“Leopard”lar yanır, F-16 lar da yanacaq. Buna heç kimin şübhəsi olmasın.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

NATO-nun Ukrayna müharibəsində iştirakı ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti şimal alyansının münaqişəyə cəlb olunduğunu söyləyib.

"Ukraynaya “Leopord” tankları verilib. “Leopord”lar yanır, dünən də yanmışdı. F-16-lar da yanacaq. Buna heç kəsin şübhəsi olmasın. Əgər F-16 təyyarələri Ukrayna hüdudlarından kənarda yerləşən hava bazalarında yerləşdiriləcəksə, lakin döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza baxacağıq. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir", deyə Putin vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026