• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Leyen Kiyevə gedəcək

DÜNYA

08 May 2023 | 15:00

Leyen Kiyevə gedəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukraynaya dəstəyini ifadə etmək üçün mayın 9-da Kiyevə gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib.

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sabah Kiyevə gedir. Avropa Günündə o, Ukraynaya tam dəstəyimizi ifadə edəcək", - Mamer bildirib.

Xidmət rəhbəri təhlükəsizlik səbəbi ilə səfərin təfərrüatlarını açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026