• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Leysan yağışlar 102 nəfərin həyatına son qoydu - Hindistanda

DÜNYA

17 Iyul 2022 | 20:13

Leysan yağışlar 102 nəfərin həyatına son qoydu - Hindistanda

Hindistanda iyunun əvvəlindən davam edən leysan yağışlar 102 nəfərin həyatına son qoyub.

Bu barədə Bakıvaxtı.az “ANI News”a istinadən xəbər verir.

Məlumata görə, Maharaştra ştatında davam edən leysan yağışlar nəticəsində onlarla insan həlak olub. Leysan yağışların səbəb olduğu sel və qəzalar nəticəsində təkcə son 24 saat ərzində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

Təbii fəlakətlə bağlı 12 min insan təxliyə edilib.

Yağıntının təsirinə məruz qalan 28 yaşayış məntəqəsinin bəzilərində “qırmızı”, digərlərində isə “narıncı” xəbərdarlıq edilib.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında davam edən musson yağışları, xüsusən Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026