• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb

CƏMİYYƏT

22 Avqust 2023 | 12:33 | Müəllif: Subhan Mahmudov

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb

Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ

Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026