• Bakı 19° C

    14.71 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Livanın baş naziri İsraillə atəşkəs istəyir

DÜNYA

12 Noyabr 2024 | 12:32

Livanın baş naziri İsraillə atəşkəs istəyir

Livanın baş naziri Nəcib Mikati İsraillə atəşkəs əldə etmək arzusunu bildirib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Livan Baş Nazirliyinin Media Ofisindən məlumat verilib.

Qeyd olunub ki, Livanın baş naziri Nəcib Mikati çərşənbə axşamı keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT)-Ərəb Liqası Fövqəladə Birgə Zirvə toplantısında iştirak etmək üçün Ər-Riyada gedib. O, buradakı səfirliyində İsraillə mümkün atəşkəs razılaşması ilə bağlı mühüm açıqlamalar verib.

"Bu çətin mərhələni ən qısa zamanda keçərək atəşkəsə nail olmağı, beynəlxalq qərarları, xüsusilə 1701 saylı qətnaməni həyata keçirməyi, ordunun cənubda varlığını gücləndirməyi ümid edirik", - deyə Mikati vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 May 2025