Türkiyənin vasitəçiliyi ilə Somali və Efiopiya arasındakı mübahisələr həll edilib.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçirilən görüşdə anlaşma əldə etdi.
Görüşdən sonra yayımlanan Ankara Bəyanatında, tərəflərin mübahisəli məsələləri geridə qoyaraq qarşılıqlı əməkdaşlıq və ortaq rifah naminə irəliləmək barədə razılaşdıqları bildirilib.
Tərəflər, ticarət, təhlükəsiz giriş və regional sabitlik üçün əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edərək, bu məqsədlə 2025-ci ilin fevralına qədər texniki danışıqlar aparmağa qərar veriblər.
Ərdoğan isə bu prosesdə Türkiyənin dəstəyini davam etdirəcəyini bildirib.
Nuriyyə Musayeva