İngiltərə təmsilçisi "Liverpul" müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, van Deyk 2018-ci ildən çıxış etdiyi "Liverpul"un heyətində 314 oyun keçirib və 27 qol vurub.