• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Liza Mari Preslinin son müsahibəsi gündəm oldu

MƏDƏNİYYƏT

16 Yanvar 2023 | 09:13 | Müəllif: Qalib İbrahimoğlu

Liza Mari Preslinin son müsahibəsi gündəm oldu

Xəbər verdiyimiz kimi, Elvis Preslinin yeganə övladı Liza Mari Presli 54 yaşında ürək tutmasından vəfat edib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, L.Preslinin ölümündən əvvəl verdiyi son müsahibəsi sosial şəbəkələrdə gündəm olub.

Məlum olduğu kimi, Liza Mari Presli yanvarın 10-da “Qızıl Qlobus” mükafatlarınn təqdimolunma mərasiminə anası Prissilla ilə birlikdə qatılıb.

Atasının həyatından bəhs edən "Elvis" filminin ən yaxşı aktyoru seçilən Ostin Batlerin duyğulu çıxışı zamanı göz yaşlarına boğulan Lisa Marienin adı qəzetlərin və jurnalların manşetində yer alıb.

Liza Mari ilə birlikdə ən son müsahibə verənlərdən biri olan Billi Buş çıxışında bu məqamlardan danışıb, təəssüf və kədərini bölüşüb.

Mikrofonu Presliyə ötürən Buş onun müvazinətinin pozulduğunu bildirib: “Onun üçün ayaqda durmaq çətin idi. Düşündüm ki, bu, balans məsələsidir. Doğrudan da, mən onun yanında bu qədər uzun müddət dayananda o, tarazlığını saxlamaq üçün necə mübarizə apardığını asanlıqla görə bildim".

“Mən onunla ən son danışanlardan biri idim. Əslində bir problem olduğunu başa düşdüm. Buna görə də özümü çox kədərli və bədbəxt hiss edirəm”, - deyə Billi Buş qeyd edib.

Murad Məmmədli

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR