Etiraz aksiyalarının baş verdiyi Los-Anceles şəhərinə Milli Qvardiya qüvvələrinin yeridilməsi ABŞ dövlət büdcəsinə 130 milyon dollardan artıq xərcə başa gələcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.
“Mövcud hesablamalara əsasən, hərbi qüvvələrin yerləşdirilməsi üzrə xərclər 134 milyon dollar səviyyəsində qeydə alınıb. Bu məbləğin əsas hissəsi logistika, yerləşdirmə və ərzaq təminatı ilə bağlıdır”, – deyə Pentaqon rəhbərinin köməkçisi Brin Ullakott Makdonnell bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı etirazlar başlayıb.