• Bakı 11° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Lukaşenko Azərbaycana gəlir

SİYASƏT

12 Aprel 2021 | 13:37

Lukaşenko Azərbaycana gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BelTa” agentliyi məlumat yayıb.

Məlumata görə, səfər aprelin 13-də baş tutacaq.

Qeyd edilib ki, iki günlük səfər zamanı Azərbaycan-Belarus münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələləri müzakirə olunacaq. Tərəflər, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye kooperasiya, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həmçinin, səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində məsələlər diqqətdə olacaq.

Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR