Belarus prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinə sərhədi bağlamağı tapşırıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarus lideri sərhəddəki vəziyyətlə bağlı keçirilən iclasda təhlükəsizliklə bağlı tapşırıq verib.
Lukaşenko təhlükəsizlik qüvvələrinə dövlət sərhədinin qorunması işlərinin gücləndirilməsi və onun pozulması faktlarının qarşısının alınması üçün göstəriş verib: "Bu gündən etibarən, cənubdan və ya qərbdən asılı olmayaraq, qonşu tərəfdən Belarus ərazisinə ayaq basılmamalıdır".
















