• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda yağan leysan  4 nəfərin həyatına son qoyub

DÜNYA

04 Sentyabr 2021 | 12:00 | Müəllif: Subhan Mahmudov

Pakistanda yağan leysan 4 nəfərin həyatına son qoyub

Pakistanın Karaçi şəhərində leysan yağışlar nəticəsində yaranmış insidentlərdə biri uşaq olmaqla, 4 nəfər həyatını itirib.

Bakıvaxtı.az Pakistanın “Samaa TV” telekanalına istinadən xəbər verir ki, son günlər Karaçi şəhəri və ətraf bölgələrdə şiddətli yağışlar müşahidə olunur.

Leysan yağışların şəhərin müxtəlif yerlərində səbəb olduğu qəza və bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb. Həyatını itirənlərdən birinin azyaşlı olduğu qeyd edilib.

Elektrik enerjisi təchizatında problemlər yaranıb, yollara ziyan dəyib.

Pakistanın Meteorologiya Departamentindən verilən məlumata görə, şiddətli yağışların davam etməsi gözlənilir. İnsanlara diqqətli olmaq və ehtiyatlı davranmaq tövsiyə olunub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR