• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Lukaşenko Zelenskini hədələdi

DÜNYA

17 Mart 2022 | 16:14

Lukaşenko Zelenskini hədələdi

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vlodomir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o, kapitulyasiya aktına imza atmalı olacaq”, - dövlət başçısı bildirib.

Belarus lideri Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görüləcəyini vurğulayıb:

“Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026