• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada mühasirədə qalan sakinlər aclıqla üzləşib 

DÜNYA

16 Aprel 2022 | 11:45 | Müəllif: Subhan Mahmudov

Ukraynada mühasirədə qalan sakinlər aclıqla üzləşib

Dünya Ərzaq Proqramı (WFP) Ukraynada Rusiya ordusunun mühasirəsində olan şəhərlərin əhalisini acından ölməkdən xilas etmək üçün oraya getmək imkanı yaratmağa çağırıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, qurumun icraçı direktoru David Besli bildirib ki, müharibə başlayandan indiyədək Ukraynada 1,4 milyon sakinə ərzaq yardımları çatdırılıb:

"Aprelin sonunadək bu rəqəmin 2,3 milyona çatdırılması hədəflənir.

Amma bunun üçün ən təhlükəli bölgələrə, xüsusilə də həftələrdir Rusiya ordusunun mühasirəsində qalan və hələ 100 mindən çox əhalinin qaldığı ehtimal olunan Mariupol şəhərinə gedib çıxmaq vacibdir".

Təşkilat Ukraynada mühasirədə qalan sakinlərin aclıqla üzləşməsindən narahatdır.

Bununla yanaşı, müharibə nəticəsində Ukraynada 7 milyondan çox əhalinin məcburi köçkünə çevrilməsi də ərzaq təchizatını çətinləşdirir. WFP həmin məcburi köçkünlərin 60 faizinə qədəri ərzaq tapa bilməyəcəklərindən narahatdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026