• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Maaş və pensiyalarda yeni artımlar olacaq? - AÇIQLAMA

İQTİSADİYYAT

15 Aprel 2024 | 11:50

Maaş və pensiyalarda yeni artımlar olacaq? - AÇIQLAMA

"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel "Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi:

"Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır.

Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR