• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mahir Emreli  bu klubla danışıqlara başladı

İDMAN

30 Dekabr 2021 | 14:06 | Müəllif: Qalib İbrahimoğlu

Mahir Emreli bu klubla danışıqlara başladı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşada klubunu dəyişə bilər.

Bakıvaxtı.az xəbər verir ki, apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, “Legiya”nın forvardı Ekstraklasanın digər təmsilçisinin maraq dairəsindədir.

Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın birdən-birə üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Joel Abu Hanna və Maik Navroçkini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə bununla bağlı danışıq aparıldığı da bildirilir. Ancaq oyunçular “Legiya”dakından daha yüksək maaş tələb edib.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026