• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Mahir Emreli zədələndi

İDMAN

20 Oktyabr 2023 | 15:19

Mahir Emreli zədələndi

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Bakıvaxtı.az  “24sata.hr” saytına istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib: “Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026