• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtobus zolaqlarının zəbt olunmasına RƏSMİ REAKSİYA

CƏMİYYƏT

28 Noyabr 2022 | 11:20

Avtobus zolaqlarının zəbt olunmasına RƏSMİ REAKSİYA

"Təqdim olunan fotolarda paytaxtın əsas ictimai nəqliyyat dəhlizi olan Q.Qarayev və M.Useynov prospektlərində səhər pik saatlarındakı vəziyyət əks olunub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qeyd olunan avtomobil yolları ilə bağlı yaydığı fotoşəkilə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, göründüyü kimi tıxac səbəbindən bir neçə marşrut xətti üzrə avtobuslar da yolda hərəkətsiz qalıb: "Nəticədə müvafiq marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində əhəmiyyətli gecikmələr baş verir. Həmçinin hərəkət sxemi boyunca dayanacaqlarda sərnişinlər dəqiqələrlə avtobus gözləməli olurlar. Beləlikə də ictimai nəqliyyatın cəlbediciliyi azalır və nəticədə inanlar səyahətlərini şəxsi avtomobil, eləcə də taksi ilə reallaşdırmalı olurlar. Yollar yüklənməklə sıxlıq və tıxac halları artır".

"Onu da qeyd edim ki, bu prospektlər avtobus zolağının təşkil edildiyi yol sahələrindəndir. Lakin avtobus zolaqlarının tələbinin pozulması mövcud mənzərəni yaradır. İctimai nəqliyyatın səmərəli olması ilk növbədə fərdi avtomobildən istifadə edənlərin marağında olmalıdır. Çünki ictimai nəqliyyat cəlbedici olmadıqca sıxlıq və tıxac halları özünü daha qabarıq formada biruzə verəcək".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026