• Bakı 12° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

"MakKinin səfəri ABŞ-lə Azərbaycanın əməkdaşlığını möhkəmləndirdi"

SİYASƏT

08 Dekabr 2025 | 12:02

MakKinin səfəri ABŞ-lə Azərbaycanın əməkdaşlığını möhkəmləndirdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin Azərbaycana səfəri ilə bağlı yekun paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunub ki, səfər çərçivəsində general-mayor MakKinni müdafiə və fövqəladə hallar nazirliklərində görüşlər keçirib.

Görüşlər zamanı hər iki nazirliyin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib.

Paylaşımda vurğulanıb ki, MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirib və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğulayıb.


SON XƏBƏRLƏR

07 Dekabr 2025