• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Makron Ukraynanın ümidini kəsdi

DÜNYA

10 Mart 2022 | 22:04 | Müəllif: Subhan Mahmudov

Makron Ukraynanın ümidini kəsdi

Ukraynanın hazırda Avropa Birliyinə üzvlük prosedurunun başladılmasını qeyri-mümkün hesab edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu məsələ bu gün axşam müzakirə olunacaq. Bildiyiniz kimi Ukrayna, Moldova və Gürcüstan ittifaqa üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Bu gün axşam müzakirə edəcəyik. Olduqca vacibdir. Düşünürəm ki, bu dövrdə Ukrayna və ukraynalılara güclü siqnal göndərmək vacibdir. Lakin həm də ehtiyatlı olmalıyıq. Bu gün müharibənin getdiyi ölkədə prosedurları başlada bilərikmi? Düşünmürəm”, - deyə Makron bildirib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026