İtaliya Ukraynadakı səfirliyini yenidən Kiyevə köçürmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio məlumat verib.
O bildirib ki, səfirlik Pasxa bayramından sonra fəaliyyətə başlayacaq.
İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü.
Bundan əvvəl Türkiyə də səfirliyini Kiyevə qaytaracağını açıqlayıb.
















