• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ukrayna üçün 10,1 milyard avro yığıldı

DÜNYA

09 Aprel 2022 | 21:01 | Müəllif: Subhan Mahmudov

Ukrayna üçün 10,1 milyard avro yığıldı

"Stand Up for Ukraine" aksiyasının təşkilatçıları Ukraynaya və ukraynalı qaçqınlara yardım məqsədilə 10,1 milyard avro toplamağa nail olublar.

Bakıvaxtı.az bildirir ki, "Global Citizen" təşkilatının Polşanın paytaxtı Varşavada çağırdığı beynəlxalq donorlar konfransına qatılmış Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Bu gün Ukraynanı dəstəakləyirik, amma eyni zamanda Ukrayna bizi müdafiə edir. Ukrayna sadəcə özünün yox, bizim də azadlığımız üçün mübarizə aparır. Dünyanın ən böyük ölkəsi olan Rusiya Federasiyası Ukraynada müharibə aparır. Lakin o, bilmədi ki, dünyada cəsarətinə görə ən böyük olan Ukrayna ilə vuruşur", - fon der Lyayen söyləyib.

"Stand Up for Ukraine" xeyriyyə aksiyasına onlarla məşhur musiqiçi, idmançı, mədəniyyət və incəsənət xadimləri qoşulmuşdular.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR