Çin nüvə silahının hazırlanması tempini sürətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Pekin ABŞ-ın yaratdığı təhlükəni yenidən qiymətləndirib. Bəzi mənbələr bildiriblər ki, Pekin ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə görə nüvə fəaliyyətinə daha çox önəm vermək qərarına gələ bilər.
"Çin liderləri daha güclü nüvə arsenalını ABŞ-ın Tayvanla bağlı potensial münaqişəyə birbaşa qarışmamasının yolu kimi görür", - deyə qəzet bildirib.(modern.az)
















