İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Rodriqo ilə maraqlanır.
Bakıvaxtı.az "Diario SPORT"a istinadən xəbər verir ki, braziliyalı hücumçu komandaya yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra ilk transfer hədəflərindən biri ola bilər.
Rodriqonun "Real"dakı durumundan narazı olduğu bildirilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.