"SpaceX" noyabrın 18-də ağır yük daşıyan "Starship" raketinin altıncı uçuş sınağını keçirməyi planlaşdırır.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Bildirilib ki, yeni sınaq reaktiv daşıyıcının buraxılış meydançasına qayıtmasını sınaqdan keçirəcək və gəminin Raptor mühərrikini kosmosda yenidən işə salacaq. Gəminin atmosferə daxil olması və Hind okeanı üzərindən enməsi zamanı termal qorunma və manevrlə bağlı təcrübələr də aparılacaq.
Qeyd edək ki, oktyabrın 14-də "SpaceX" şirkəti "Starship"in beşinci sınağını keçirib və bu sınaq zamanı daşıyıcı raket ilk dəfə buraxılış meydançasına qayıdıb.
Gülşən Şərif