• Bakı 11° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Azərbaycan-Ermənistan danışıqları gələn ay davam edəcək

SİYASƏT

13 Noyabr 2024 | 10:03

Azərbaycan-Ermənistan danışıqları gələn ay davam edəcək

"Hazırda Azərbaycanın gündəmində olan əsas mövzu noyabrın sonuna kimi COP29-dur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a açıqlamasında bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, gələn aydan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni ilə bağlı müzakirələr aparılacaq: "Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni ətrafında müzakirələrin aparılması və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq".

Hikmət Hacıyev sənədin mətnində müəyyən suallar olduğunu diqqətə çatdırıb:

"Sənədin mətnində müəyyən suallar var. Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni bir proses olacaq.”


SON XƏBƏRLƏR

13 Noyabr 2024