• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il keçiriləcək

SİYASƏT

12 Dekabr 2024 | 13:43

MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2025-ci il mayın 30-na təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev hökumət başçılarının Moskvada keçirilən iclasında deyib.

"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur. Tacikistan Respublikası rəhbərliyinin razılığı var", - o bildirib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının iclasları ildə iki dəfə keçirilir. Növbədənkənar iclaslar dövlətlərdən birinin hökumətinin təşəbbüsü ilə çağırıla bilər.

Beləliklə, 2025-ci ildə MDB-yə sədrlik Tacikistana keçəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025