• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Marsel" - "Qarabağ" oyunu üçün ciddi təhlükəsizlik tədbirləri görüləcək

İDMAN

14 Fevral 2022 | 20:18 | Müəllif: Subhan Mahmudov

"Marsel" - "Qarabağ" oyunu üçün ciddi təhlükəsizlik tədbirləri görüləcək

Fransada "Marsel"lə “Qarabağ” arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bakıvaxtı.az  Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, məqsəd iki komandanın tərəfdarlarının bir-birindən ayrılmasını optimallaşdırmaq, stadionun ətrafını və şəhər mərkəzində ictimai asayişi qorumaqdır.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” matçı fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR