• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Marsel”in hücumçusu “Yuventus”a gedir

İDMAN

28 Dekabr 2021 | 00:41 | Müəllif: Qalib İbrahimoğlu

“Marsel”in hücumçusu “Yuventus”a gedir

Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan “Marsel”in hücumçusu Arkadiuş Milik qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Bakıvaxtı.az apasport.az-a istinadən xəbər verir ki, polşalı hücumçu “Yuventus”un hədəfindədir.

Turin klubu forvardı mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır. “Yuventus” rəhbərliyi icarə müddətinin sonunda forvardı almaq hüququna da yiyələnmək arzusundadır.

Qeyd edək ki, müqavilə ilə “Napoli”yə məxsus olan Milik 2021-ci ilin yanvarında sonradan alınması öhdəliyi ilə 18 aylıq icarəyə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026