• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Masallıda avtomobil aşıb - xəsarət alanlar var

HADİSƏ

31 Mart 2024 | 15:21 | Müəllif: Subhan Mahmudov

Masallıda avtomobil aşıb - xəsarət alanlar var

Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Alvadı kəndində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb və elektrik transformatoruna çırpılıb. Qəza nəticəsində üç nəfər - Cəlilabad rayon sakinləri: 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002 -ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026