• Bakı 18° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bakıda 9 maşının əzildiyi qəza anı - VİDEO - YENİLƏNİB

HADİSƏ

30 Aprel 2024 | 11:26

Bakıda 9 maşının əzildiyi qəza anı - VİDEO - YENİLƏNİB

Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb olan avtomobillərin törətdiyi qəzanın görüntüləri yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı bir müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

***

09:37

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə Bakıvaxtı.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz avtomobilin iştirakı ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”


SON XƏBƏRLƏR

20 May 2024