• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Maşınlar niyə yanır?

CƏMİYYƏT

07 Fevral 2022 | 13:53 | Müəllif: Qalib İbrahimoğlu

Maşınlar niyə yanır?

Son zamanlar ölkədə avtomobil yanğınlarının sayı artır. Əksəriyyəti də maşınların tüxniki nasazlığından baş verir. Bəs avtomobil yanğınlarının qarşısını almaq üçün nə etmək olar?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, sürücülər maşınların texniki sazlığına diqqət yetirməlidirlər: “Maşının saz vəziyyətdə olduğundan əmin olduqdan sonra yola çıxılmalıdır. Nəzərə almaq lazımdır ki, burda söhbət həm sürücünün, həm də piyadaların həyatından gedir. Nasaz maşınla yola çıxmaq, birmənalı olaraq, yolverilməzdir”.

Ekspert qeyd edib ki, avtomobillərdə yanğın halı, əsasən, maşınların elektron sisteminə edilən kənar müdaxilə nəticəsində olur: “Kənar müdaxilələr, elektron sistemdə edilən dəyişikliklər, əlavə konstruksiyaların quraşdırılması yanğın riskini yaradan birbaşa amillərdir. Yaxşı olar ki, maşında problem yarandıqda rəsmi servis mərkəzlərinə aparsınlar”.

E.Nurəliyev vurğulayıb ki, maşınlarda odsöndürən balonlar olmalıdır: “Hər hansı qığılcım, tüstüləmə, yanğın olarsa, ilkin müdaxilə ilə baş verə biləcək yanğının qarşısı alına bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026