• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Un və çörəyin qiymətilə bağlı araşdırmalar başladı

CƏMİYYƏT

09 Mart 2022 | 11:09 | Müəllif: Qalib İbrahimoğlu

Un və çörəyin qiymətilə bağlı araşdırmalar başladı

Dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bununla əlaqədar Xidmət un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb.

Bunun üçün təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC tərəfindən heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Promart” MMC barəsində iş qaldırıb və nəticəsindən asılı olaraq, qanunamüvafiq tədbir görüləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026